ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 24 noyabr, AZƏRTAC
Gürcüstanın Qərb bölgəsində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib. Nəticədə 5 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyini məlumat yayıb.
Bildirilir ki, hadisə Kveşeti - Kobi yolunun tikintisi zamanı baş verib. Şirkətin Türkmənistan və Çin vətəndaşları olan 5 əməkdaşı çökmüş kütlənin altında qalıb. Onlardan 4-nün cəsəd tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC--ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.