AZ

Yubiley qolunu vurdu

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pyer-Emerik Obameyanq yubiley qolunu vurub."Football-plus.az" xəbər verir ki, “Marsel”in hücumçusu Liqa 1-in 13-cü turunun “Nitsa” ilə matçında qapıya yol tapmaqla karyerasındakı qollarının sayını 400-ə çatdırıb. 36 yaşlı futbolçu bu qollardan 361-ni klub səviyyəsində, 39-nu isə Qabon milli komandasının heyətində rəqib qapılarından keçirib.Karyerası ərzində “Milan”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edən Obameyanq bu mövsüm Fransa çempionatında 11 oyuna 5 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
icma.az

2Mənbələr