AZ

Gəncədə keçmiş məhkum evdən oğurluq etdi

GƏNCƏ, 24 noyabr. TELEQRAF

Gəncədə evdən oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 45 yaşlı C. Mamedov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Seçilən
67
8
teleqraf.com

10Mənbələr