Binəqədidəki “Lake Hotel”də 3 gün öncə baş verən bədbəxt hadisə zamanı həlak olanlardan Eltac Əliyev Gəncə Dövlət Universitetinin tələbəsi olub.
Redaktor.az Gəncəxəbər-ə istinadən xəbər verir ki, o, GDU-nun Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.
Tərtər rayonunun Köçərli kənd sakini olan Eltac Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş. Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.
Qeyd edək ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşı – 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov otelin həyətinə dəmir konstruksiyalı pilləkəni apararkən onları cərəyan vurub.
Faktla bağlı cinayət işi açılıb, otelin icarədarı həbs olunub.
