AZ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə yola düşür

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam AllahşükürPaşazadə noyabrın 25-də Səudiyyə Ərəbistanına səfərə yoladüşəcək.

Trend xəbərverir ki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, Şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının Başkatibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin ƏbdülkərimƏl-İsanın dəvəti ilə 26 noyabrda İslam Aləmi Liqasının ElektronPlatformasının təqdimat və müzakirəsi tədbirində iştirakedəcəkdir.

İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsaldövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraqöz qlobal platformasını istifadəyə verməyi və bu platformavasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərinaradan qaldırılmasına töhfə verməyi hədəfləyir.
Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh vəşəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.

Seçilən
247
14
az.trend.az

10Mənbələr