AZ

Napoli ilə oyunda bu qədər Qarabağ azarkeşi olacaq

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

"Qarabağ" komandasını İtaliyada "Napoli"yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

"Napoli"yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq", - klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
138
12
axar.az

10Mənbələr