Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun mahnılarını icazəsiz oxuyanlara etiraz edib.
“Onun bütün arxivi məndədir. Kim nə götürürsə, məndən alır. Oxuyanda icazə almalıdırlar. Vidadi Bərdəlinin “Zeynəbim” mahnısını götürüb oxuyublar. Çox adam elə bilir ki, Qədir Məmmədovundur. Amma sübut olunub ki, onun deyil”.
Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.