AZ

Binalarda görünməyən təhlükə Əhali üçün kritik xəbərdarlıq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Yeni tikilən binalarda yanğın zamanı tüstünün sürətlə çəkilməsi üçün xüsusi mexanizmlər – tüstü detektoru quraşdırılır. Bu sistem tüstü yaranan kimi siqnal verir, tavan hissəsində olan xüsusi qapaqlar açılır və tüstü yuxarı kanallara doğru avtomatik şəkildə sovrulur. Eynilə otellərdə yanğın zamanı su şırnaqlarının işə düşməsi kimi, bu sistem də təxliyə prosesini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Bəs hazırda yeni inşa edilən binalarda bu mexanizmlər real olaraq nə dərəcədə işlək vəziyyətdədir? Niyə bəzi hallarda sakinlər tüstüdən çıxış yolu tapa bilmirlər?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, çoxmərtəbəli binalarda yanğın zamanı insanların təhlükəsiz və rahat təxliyəsi prioritet olmalıdır:

“Yanğın və ya digər fövqəladə hadisələr zamanı əsas təxliyə yolları bağlana və ya tutulsa belə, binalarda ehtiyat çıxış olmalı və daim sərbəst istifadə üçün hazır vəziyyətdə saxlanmalıdır. Yanğın baş verən mərtəbədə bu yola hər hansı bir maneə yaranmamalıdır. Həmin qapılar və divarlar xüsusi odadavamlı materiallardan hazırlanmalı, insanlar təhlükəsiz şəkildə binadan çıxa bilməlidirlər”.

Orxan Musayev

Ekspert bildirib ki, binalarda yanğın təhlükəsizliyinə görə əsas məsuliyyət Mənzil-Kommunal Təsərrüfatının (MTK) üzərinə düşür:

“Hər bir binada yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilməli, müvafiq tədbirlər mütləq həyata keçirilməlidir. Lakin hazırda çoxsaylı binalarda vəziyyət acınacaqlıdır. Bəzən yanğın zamanı istifadə üçün bir ədəd odsöndürən balon belə tapılmır mki, hadisənin ilkin mərhələsində müdaxilə mümkün olsun. Bu da binaların yanğın təhlükəsizliyi sistemlərinin işlək vəziyyətdə olmamasını göstərir”.

O.Musayev əlavə edib ki, yanğın təhlükəsizliyi yalnız texniki sistemlərlə kifayətlənmir:

“Sakinlər mütəmadi olaraq təxliyə olunmaq üzrə təlimlərdən keçirilməlidir. Fövqəladə hallar zamanı həyəcan siqnalı eşidildikdə qısa müddətdə müəyyən edilmiş toplama məntəqələrinə yığışmağı bacarmalıdırlar. Təəssüf ki, bu gün çoxsaylı yaşayış binalarında belə praktika həyata keçirilmir. Yanğın təhlükəsizliyinin təmin olunması beynəlxalq normalar və mövcud qaydaların tələblərinə də uyğun olmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
6
globalinfo.az

10Mənbələr