ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Vaşinqtonda əvvəllər yalnız heyvanlarda aşkar edilən "H5N5" quş qripi ştammına yoluxan bir nəfər ölüb.
Bizimyol.info xəbər verir ki, ştat səhiyyə rəsmiləri bunun dünyada bu variantdan qeydə alınan ilk insan ölümü olduğunu açıqlayıblar.
Vaşinqton Dövlət Səhiyyə Departamenti xəstəni "əsas sağlamlıq problemləri olan yaşlı insan" olduğunu müəyyən edib. Bildirilir ki, həmin şəxs bu ayın əvvəlindən xəstəxanaya yerləşdirilib.
Vaşinqton Universiteti tərəfindən aparılan testlər xəstənin "H5N5" quş qripi infeksiyasını təsdiqləyib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) də nəticələri təsdiqləyib.
CDC bildirib ki, "İctimai sağlamlıq riski aşağıdır. Təmasda olanlarda heç bir müsbət hal aşkar edilməyib. İnsanlara ötürülməsinə dair heç bir dəlil yoxdur".
Səlahiyyətlilər xəstənin "həyətində qarışıq növ quşların olduğunu" və bu heyvanların yoluxma mənbəyi ola biləcəyini bildiriblər.
CDC-nin məlumatlarına görə, bu il ABŞ-da 70-dən çox insanda quş qripi hadisəsi qeydə alınıb. Yanvar ayında Luizianada "H5N1" virusundan bir nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2003-cü ildən bəri 25 ölkədə quş qripinin müxtəlif ştammları ilə əlaqəli 1000-dən çox insan yoluxma halının qeydə alındığını bildirir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.