AZ

Yunanıstanda fövqəladə vəziyyət elan edilib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yunanıstanın qərb bölgələrində hökm sürən əlverişsiz hava şəraiti səbəbilə bəzi yaşayış məntəqələrində fövqəladə vəziyyət elan edildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, bölgədə davam edən güclü yağışlar və pis hava şəraiti nəticəsində bir sıra evlər, iş yerləri və kənd təsərrüfatı sahələri zərər görüb.

Şiddətli yağışlar səbəbilə çayların daşması, yolların bağlanması, torpaq sürüşmələrinin baş verməsi və infrastrukturda problemlərin yaranması nəticəsində Sivil Müdafiə Baş Katibliyinin qərarı ilə Pagoni, Kastoria və Argus Orestiko kimi yaşayış məntəqələrində fövqəladə vəziyyət elan olunub.

Bu qərar çərçivəsində bölgədəki yerli idarələrin istifadəsinə veriləcək maliyyə vəsaitləri, əlverişsiz hava şəraiti nəticəsində yaranan zərərlərin qarşılanması üçün istifadə olunacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
17
cebheinfo.az

10Mənbələr