"Avropa İttifaqı (Aİ) liderləri Ukrayna münaqişəsinin həlli ilə bağlı Amerika planının 28 bəndindən bəzilərini qəbuledilməz hesab edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk deyib.
"Avropa liderləri arasında təqdim olunan 28 bənd üzərində işləmək üçün mütləq razılıq var, amma bəziləri qəbuledilməzdir", - o əlavə edib.