AZ

Zelenski ilə görüşdən buna görə imtina edibmiş

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyədəki görüşü ləğv etmə səbəbi bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“O, Ukrayna tərəfinin sülh planını müzakirə etmək istəyini nümayiş etdirməməsi səbəbindən bu addımı atdı. ABŞ hesab edirdi ki, ukraynalılar planın həyata keçirilməsində iştirak etmək istəklərindən əl çəkirlər”, – deyə bildirilib.

Qeyd olunub ki, Kiyevdə Uitkoffun təkliflərinə ilkin, Vaşinqtonda isə rəsmi, tam formalaşmış plan kimi baxılır.

Xatırladaq ki, Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə noyabrın 19-na planlaşdırılan görüşü ləğv etmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr