Fransa Prezidenti Emmanuel Makron 27 noyabrda könüllü hərbi xidmətin tətbiqini elan edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Le Figaro" xəbər verir.
Qəzetin mənbələrinə görə, ildə 10 mindən 50 minə qədər insanın cəlb edilməsi nəzərdən keçirilir.
Bu cür könüllü xidmət 10 aya qədər davam edə bilər və xidmət üçün bir neçə yüz avro məbləğində ödəniş nəzərdə tutulur.
Fransanın 2025-ci il Milli Strateji Baxışına əsasən, yenilənmiş könüllü hərbi xidmətin tətbiqi milli birliyin gücləndirilməsi və krizis zamanı səfərbərliyə hazır kadr ehtiyatının yaradılmasına yönəldiləcək.
Hazırda Fransa Silahlı Qüvvələrinin tərkibində təxminən 200 min fəaliyyət göstərən hərbçi və 47 min ehtiyatda olan hərbiçi var.
Gözlənilir ki, 2030-cu ilə qədər bu rəqəmlər müvafiq olaraq 210 min və 80 min nəfərə çatdırılacaq.
Daha əvvəl Makron ölkədə məcburi hərbi xidmətin bərpası ideyasını rədd etmişdi. O, çağırış üzrə xidmətə qayıdışın real olmayan və işlək mexanizm sayılmayan bir variant olduğunu bildirmişdi.