AZ

Qəzzada daha bir israilli girovun qalıqları tapıldı


Qəzza zolağının mərkəzində daha bir israilli girovun qalıqları tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, qalıqlar Nuseyrat qaçqın düşərgəsinin şimalında yerləşən ərazidə aşkar edilib.
Fələstinin HƏMAS hərəkatı və Fələstinin “İslami Cihad” təşkilatı bu məlumatı hələlik şərh etməyib.
Qeyd edək ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da tərəflər ABŞ Prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Seçilən
63
28
yeniavaz.com

10Mənbələr