Son iki ildə Elm və Təhsil Nazirliyi təxminən 10 400 xarici dil müəlliminin sertifikatlaşdırılmasını həyata keçirib. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
"Bu müəllimlərin 86%-i çox böyük uğurla bu imtahanlardan keçiblər. Təqribən 40% müəllimin əməkhaqqısı 35% artıb, 45% müəllimin əməkhaqqısı isə 10% əlavə köçürülüb. Təhsildə ingilis dili ilə bağlı miqyas problemimiz yoxdur. Keyfiyyətlə bağlı müəyyən problemlər olsa da, lakin hesab edirik ki, gələcək dövrlərdə bu yöndə tədbirlərimizi daha da gücləndirəcəyik",-müavin bp və tərəfdaşlarının “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında çıxışı zamanı deyib.
Nazir müavini əlavə edib ki, son 3 ildə hər il 500 ən işıqlı gənc dünyanın ən nüfuzlu universitetlərinə göndərilir.
"Tərəfimizdən 3 il ard-arda hər il həmin gənclərdən 150-si məhz dünyanın TOP-10 universitetlərinə qəbul olur", -Kərimzadə vurğulayıb.
Aytac Zeynalova