
Ankara Ukraynadakı münaqişə tərəfləri arasında birbaşa təmasları asanlaşdırmağa hazırdır.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bəyan edib.
Telefon danışığında Ərdoğan qeyd edib ki, Türkiyə keçmişdə olduğu kimi Moskva ilə Kiyev arasında birbaşa təmasları asanlaşdıracaq və regionda davamlı sülhə yol açacaq istənilən diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.
E. KAMAL