AZ

Fransada kütləvi şəkildə könüllülər toplanır: Nəyə hazırlaşırlar?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə ölkədə könüllü hərbi xidmətin tətbiq olunacağını elan edə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, “Le Figaro” qəzeti belə yazıb. 

Nəşrin məlumatına görə, Makron bunu noyabr 27-də açıqlaya bilər.

Lakin bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.

“Böyük iyirmilik” ölkələrinin sammiti çərçivəsində Fransa Prezidenti bildirib ki, bu layihə bir neçə aydır ki, qeyri-müəyyənlik və artan gərginlik ilə xarakterizə olunan qlobal təhlükəsizlik kontekstində nəzərdən keçirilir. 

“Qeyri-müəyyənlik və artan gərginliklə dolu yaşadığımız dünyada, həqiqətən təhlükəsiz olmaq istəyiriksə, başqalarını işğaldan çəkindirməliyik... Fransa güclü ordusu, həm də xüsusi birgə hərəkət etmək bacarığı ilə nəhəng bir güc olaraq qalır”- Prezident Makron belə deyib.

Xatırladaq ki, Fransa 1997-ci ildə Jak Şirakın prezidentliyi dövründə hərbi xidmətə çağırışı dayandırıb. 

Makron iyulun 13-də bir qrup yüksək rütbəli hərbçiyə könüllü xidmət ideyasını təklif etmişdi.

“Rusiyanın daimi təhdidi səbəbindən Avropanın təhlükədə olduğunu nəzərə alsaq, möhkəm dayana və səfərbər ola bilən bir millətə ehtiyacımız var”, - deyə Fransa Prezidenti qeyd edib. 

Oktyabr ayında “Welt” qəzeti NATO-nun Rusiya ilə mümkün silahlı münaqişə halında Alyansın şərq cinahı ilə bağlı 4 400 səhifəlik müdafiə planı hazırladığını yazmışdı. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
1
cebheinfo.az

2Mənbələr