Dünyanın ən dəyərli futbol klublarının yeni siyahısı açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, "Forbes" tərəfindən beynəlxalq maliyyə dəyərləndirməsinə əsasən, dünyanın ən bahalı futbol klublarının TOP-10 sıralaması müəyyənləşib. Siyahının lideri yenə də İspaniya nəhəngi “Real Madrid” olub.

Sıralama aşağıdakı kimidir:

“Real Madrid” – 6.75 milyard dollar

“Mançester Yunayted” – 6.6 milyard dollar

“Barselona” – 5.65 milyard dollar

“Liverpul” – 5.4 milyard dollar

“Mançester Siti” – 5.3 milyard dollar

“Bavariya Münhen” – 5.1 milyard dollar

“Paris Sen-Jermen” (PSJ) – 4.6 milyard dollar

“Arsenal” – 3.4 milyard dollar

“Tottenhem” – 3.3 milyard dollar

“Çelsi” – 3.25 milyard dollar

Yeni hesabat futbol klub dəyərlərinin qlobal bazarda sürətlə yüksəldiyini təsdiqləyir.