AZ

İsrail hərbçiləri oktyabrın 7-dəki uğursuzluğa görə cəzalandırılacaq

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri oktyabrın 7-də Həmas yaraqlılarının hücumuna cavab vermədiklərinə görə işdən çıxarılmaqla hədələniblər.

Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bazar günü, noyabrın 23-də İsrail ordusunun onlarla yüksək rütbəli komandirini çağıraraq, onların tutduqları vəzifələrdən uzaqlaşdırılacaqlarını və ya intizam tənbehinə məruz qalacaqlarını bildirib.

NYT-nin qeyd etdiyi kimi, belə bir cəza aksiyası daha çox ordunun yuxarı eşelonlarına aid olmasa belə, simvolik əhəmiyyətə malikdir.

9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planının birinci hissəsini imzaladı. Müqavilə çərçivəsində İsrail İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinlini, eləcə də müharibənin başladığı 7 oktyabr 2023-cü ildən bəri həbs edilən təxminən 1700 fələstinlini azad edəcək.

Yeganə

 

Seçilən
89
26
busaat.az

10Mənbələr