AZ

Avstriya kansleri: ABŞ ın səylərinə baxmayaraq, AB Rusiyaya təzyiq göstərməyə davam edəcək

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Son günlərdə ABŞ-ın sülh səylərinin intensivləşməsinə baxmayaraq, Avropa İttifaqı Rusiyaya təzyiq göstərməyə və Ukraynanı dəstəkləməyə davam edəcək.”

APA xəbər verir ki, bunu Avstriya kansleri Kristian Stoker deyib.

"Bizi Ukraynada atəşkəsə və davamlı sülhə yaxınlaşdıran bütün təşəbbüsləri alqışlayıram. Son günlərdə ABŞ-ın böhranı həll etmək üçün diplomatik səylərində yeni bir dinamika yaranıb. Buna baxmayaraq, AB Ukraynanı dəstəkləməyə və Rusiyaya bütün səviyyələrdə təzyiq göstərməyə davam edəcək", - Stoker bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
2
apa.az

3Mənbələr