AZ

Verstappen Formula-1-də 69-cu qələbəsini qazandı

“Red Bull” pilotu, 28 yaşlı dördqat çempion Maks Verstappen Las-Veqas Qran-Prisində qalib gələrək karyerasında 69-cu qələbəsini əldə edib.

90deqiqe.Az xəbər verir ki, 2005-ci ildən bəri “Ferrari”nin bütün pilotları birlikdə cəmi 66 qələbə qazanıblar. Həmin il əfsanəvi almaniyalı pilot Mihael Şumaxer Indianapolis yarışında qalib gəlib və bu, italiyalılar üçün o mövsümdə yeganə qələbə olub.

Digər 65 qələbəni “Ferrari” üçün Felipe Massa, Fernando Alonso, Kimi Räikkönen, Sebastyan Fettel, Şarl Lekler və Karlos Sayns qazanıblar.

Qeyd edək ki, “Ferrari”də çıxış edən Luis Hemilton isə 2007-ci ildən bəri karyerasında ümumilikdə 105 qələbə qazanıb, lakin bunlar “Maklaren” və “Mercedes” komandalarındakı uğurlarıdır.

Seçilən
44
90deqiqe.az

1Mənbələr