Aprel ayında rektor təyin edilən Anar Eminovun rəhbərliyə gəlişindən sonra Mingəçevir Dövlət Universitetinin (MDU) keçirdiyi satınalmalar diqqət çəkir.
Paytaxt.org bildirir ki, 32gun.az-ın araşdırmasına görə, universitet bu müddət ərzində müxtəlif şirkətlərlə ümumilikdə 1 milyon 148 min 529 manat 12 qəpik dəyərində tender müqavilələri bağlayıb. Xüsusi olaraq nəzərə çarpan məqam odur ki, iri məbləğli müqavilələrin bir çoxu 10–20 manat nizamnamə kapitalına malik MMC-lərlə imzalanıb.
Ali təhsil ocağının 6 ay ərzində bağladığı tenderləri təqdim edirik:
“Gerso Travel” MMC – beynəlxalq konfransın keçirilməsi
Məbləğ: 61.002,2 AZN
Xidmət: 6–8 dekabr 2025 Beynəlxalq Elmi Konfransın təşkili
Nizamnamə kapitalı: 10 manat
Təsisçi: Rəvan Qulamlı Surxay oğlu
“Builders and Realtors Unity” MMC – sammitin təşkili
Məbləğ: 12.176 AZN
Xidmət: Regional Universitet–Sənaye Birliyi Sammiti 2025
Nizamnamə kapitalı: 10 manat
Təsisçi: İlkin Dövlətov Abxan oğlu
“A4 Ofis” MMC – dəftərxana və təsərrüfat malları
Məbləğ: 203.330,52 AZN
Xidmət: Dəftərxana, təsərrüfat, mətbəə məhsulları və kitabların alınması
Nizamnamə kapitalı: 10 manat
Təsisçi: Elşən Məmmədov Abbasəli oğlu
“Reklaman” MMC – kitab sərgisi stendi
Məbləğ: 4.661 AZN
Xidmət: Bakı Ekspo Mərkəzində MDU üçün 15 m² stendin qurulması
“Beetech” MMC – kompüter və avadanlıq alınması
Məbləğ: 599.631,75 AZN
Xidmət: Kompüter və texniki avadanlıqlar
Nizamnamə kapitalı: 20 manat
Təsisçi: İmran Əliyev Oruc oğlu
Bu satınalma universitetin il üzrə ən böyük müqaviləsidir.
“Education in Azerbaijan” MMC – əcnəbi tələbələrin cəlbi
Məbləğ: 41.300 AZN
Xidmət: Əcnəbi tələbələrin universitetə gətirilməsi
“Toyota Abşeron Center” MMC – avtomobilin illik xidməti
Məbləğ: 5.227,25 AZN
Xidmət: Texniki xidmət və ehtiyat hissələri
“S Studio” MMC – məzun günü tədbiri
Məbləğ: 25.020 AZN
Xidmət: Məzun günü tədbirinin təşkili
“ATTX Tender” MMC – hədiyyələrin alınması
Məbləğ: 1.569,4 AZN
“Azimut Təchizat” MMC – avadanlıqların alınması
Məbləğ: 184.611 AZN
Xidmət: Maşın və avadanlıqlar
Nizamnamə kapitalı: 20 manat
Təsisçi: Gülnarə Cəfərova Zair qızı
Mingəçevir Dövlət Universiteti bu il ilk satınalma müqaviləsini iyun ayında “Azimut Təchizat” MMC ilə bağlayıb. Müqavilə maşın və avadanlıqların alınmasını nəzərdə tutur və onun dəyəri 184 min 611 manat təşkil edir.
*Mingəçevir Dövlət Universitetinin bu il ərzində apardığı tenderlərin ümumi dəyəri 1,148 milyon manatı keçib. Xərclərin böyük hissəsi texniki avadanlıq və dəftərxana mallarına yönləndirilib. Ən çox diqqət çəkən məqam isə 10–20 manat nizamnamə kapitalı olan şirkətlərlə yüzminlərlə manatlıq müqavilələrin imzalanmasıdır.
Universitetdən məsələ ilə bağlı mövqeyini dərc etməyə hazıırq.