Moskvada ən böyük çörək zavodlarından biri olan "Çeryomuşki" zavodunda yanğın olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, yerli “Telegram” kanallarında zavodun damından alovlar püskürdüyü görüntüləri yayılıb. Tələfat barədə məlumat verilməyib.
Yanğının 100 kvadrat metr sahəni əhatə edən avadanlıqları və ventilyasiya şaxtasını əhatə etdiyi və artıq söndürüldüyü bildirilib.
Qeyd edib edək ki, "Çeryomuşki" Moskvanın, əsas çörək və un məmulatları istehsalçılarından biridir.
Zavod Moskva bazarının təxminən 10 faizini təşkil edir və ölkədə ən yaxşı 10 müəssisə arasındadır.
Telegram kanalımız