AZ

Yüksək Liqa: “Turan” Gəncədən 3 xalla qayıtdı – ARENA.AZ

Bu gün qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatının (Yüksək Liqa) 2025/26 mövsümündə daha bir oyun keçirilib.

Arena.az xəbər verir ki, 3-cü tur çərçivəsində “Turan” və “Gəncə” komandaları üz-üzə gəliblər.

Gəncə İdman Sarayında keçirilmiş region derbisi qonaq komandanın qələbəsi ilə yekunlaşıb. “Turan” hər üç setdə üstün oyun göstərərək 3:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, turun daha öncə keçirilmiş digər qarşılaşmalarında UNEC “Azərreyl”i, “DH Volley” isə “Murov”u 3:0 hesabları ilə məğlub ediblər. “Gənclər” komandası bu turda istirahət edib. “Milli Aviasiya Akademiyası” – “Abşeron” oyununun keçiriləcəyi vaxt isə hələ bəlli deyil.

Qeyd edək ki, növbəti turun oyunları 24–26 noyabr aralığında keçiriləcək.

Yüksək Liqa
3-cü tur
21 noyabr

“Gəncə” – “Turan” 0:3 (19:25, 23:25, 19:25)

Seçilən
21
2
arena.az

10Mənbələr