
Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.
Hadisə zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb, həmçinin obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də xəsarət alıb.
“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.
“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - deyə xəsarətlərlə xəstəxanaya yerləşdirilən 22 yaşlı gəncin anası qeyd edib.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: