AZ

Tıxac olan yolların siyahısı

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda tıxac var:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 9. Aeroport şosesi, hava limanı istiqamətində;

 10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 13. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

 16. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

 17. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

"Cebheinfo.az" 

Seçilən
21
49
cebheinfo.az

10Mənbələr