Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cari ildə Elşad Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Yasamal Rayon İcra Hakimiyyəti sadəcə 7 ay ərzində 21.767.741,2 manatlıq tender müqaviləsi bağlayıb.Demokrat.az-ın 32gun.az-a istinadən məlumatına görə, ilin əvvəlindən icra orqanı tender fəaliyyətinə 30.04.2025 tarixində İST Firmasından 10.560 manatlıq Aİ-95 markalı benzin almaqla başlayıb.Daha sonra bağlanmış əsas müqavilələr aşağıdakılardır:“Ramco” Qapalı Səhmdar Cəmiyyəti – Köçürülmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi – 17.051.000 AZN
“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZNİST Firması – Aİ-95 markalı benzin – 10.560 AZN“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 1.971.390,6 AZN“Ekspert Audit” MMC – Yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi – 763.401 AZNQeyd edək ki, rəsmi məlumatlara görə, Yasamal rayonunun əhalisi 249.335 nəfərdir. Sadə hesablama göstərir ki, təxminən bir sakin üçün 1 milyon manata yaxın pul xərclənib – gülməli səslənsə də, rəsmi rəqəmlər belədir.Beləliklə, Elşad Həsənovun rəhbərliyi altında icra orqanı 7 ayda ümumilikdə 21.767.741,2 AZN dəyərində tender müqaviləsi imzalayıb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.