AZ

AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni xəbər var

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin təhqiqatı ilə bağlı məlumat verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, faciə ilə bağlı araşdırmalar davam edir.

“Üç aydan sonra ilkin nəticələr müvafiq komissiya tərəfindən tam şəkildə təqdim edilib. Hazırda daha dərin araşdırma, kompleks məhkəmə-tibbi ekspertizaları aparılır”, – Kaliakparov qeyd edib.

Nazir müavini bildirib ki, araşdırma başa çatdıqdan sonra tam hesabat aidiyyəti tərəflərə təqdim olunacaq.

Lakin o, konkret tarix deyə bilməyib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL təyyarəsi  səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
globalinfo.az

1Mənbələr