AZ

İtkin düşən kişinin meyiti tapıldı

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Xəlilov Kutais Şəkər oğlu 21 noyabr 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.Ertəsi gün – 22 noyabrda günortaya qədər onun telefonuna zəng çatıb, lakin o, zənglərə cavab verməyib.

Ailə üzvlərinin verdiyi məlumata görə, itkin düşmüş şəxs bu gün Xətai rayonunun Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

"Cebheinfo.az"

Seçilən
42
10
cebheinfo.az

10Mənbələr