UFC çempionu İliya Topuriya növbəti rəqibi olaraq İslam Maxaçevi görmək istəyir.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı döyüşçü İslamla görüş alınmasa, Peddi Pimbletti rəqib kimi görmək istədiyini də deyib:
"Mənə welter çəki dərəcəsinə yüksəlməyimə və İslamla döyüşməyimə icazə verməsələr, Peddi ilə döyüşmək istərdim.
Amma mənim həqiqətən istədiyim döyüş başqa bir çəki dərəcəsində İslam ilə döyüşməkdir".
Qeyd edək ki, həm İliya, həm də İslam iki çəki dərəcəsində UFC çempionudur. Onlar hazırda UFC P4P sıralamasında 1 (İslam) və 2 (İliya) nömrədir.