AZ

Oğlu həbsxanada olan qadın döyüldü TƏFƏRRÜAT

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Lənkəranda qonşular arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyunun 7-də Lənkəran rayonu Göyşaban kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü İsmayıl həmin gün, saat 13 radələrində kənddə yerləşən fərdi yaşayış evinin qarşısında Səmayə İsayeva ilə mübahisə edib. Onların mübahisəsinə səbəb İsayevanın təqsirləndirilən şəxsi təhqir etməsi olub. Bu  səbəbindən aralarında yaranmış münaqişə zamanı təqsirləndirilən şəxs yumruq ilə qadının burun nahiyəsinə vurub. Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səmayənin oğlu Etibar həbsxanadadır: “Səmayə oğlunun tutulmasında məni günahlandırsa da, lakin onunla heç bir əlaqəm yoxdur. İyunun 7-də, saat yaşadığım evin həyətyanı sahəsində olan zaman qonşum Səmayənin gəldiyini gördüm. Səmayəyə salam verərək qurban bayramını təbrik etdi. Səmayə isə məni təhqir edərək oğlunu tutdurduğumu bildirdi. Bu səbəbdən əsəbləşərək Səmayənin burun nahiyəsinə yumruq zərbəsi vurdum”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən qadın qonşusuna qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə  əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, İsmayıl bundan əvvəl narkotik ittihamı ilə mühakimə olunub. O, 2023-cü ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və 1 il 11 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
demokrat.az

1Mənbələr