Bakı, 25 noyabr, AZƏRTAC
Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü idmançıları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.
Dekabrın 5–6-da fərdi mübarizələr, 7-də isə komandalararası yarış olacaq.