AZ

UEFA Gənclər Liqası: "Qarabağ" "tilsimi qıra biləcək"?

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Qarabağ"ın U-19 komandası bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin gənclər komandası ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki dörd turdakı oyunlarının hamısını böyük hesabla uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3, "Çelsi" 0:6. Dörd oyunda 1 qol vurub 20-ni buraxan təmsilçimiz Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri isə 3 xalla 25-ci yerdədir.

UEFA Gənclər Liqası
Liqa mərhələsi, 4-cü tur
25 noyabr

17:00.  "Napoli" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 
Hakimlər: Dominik Starı, Lukas Slaviçek, Yozef Şuma (hamısı Çexiya), Luka Massimi (İtaliya).
Çerkolo. "Cüzeppe Pirkolo".

Seçilən
66
1
fanat.az

2Mənbələr