AZ

Bu ilin on ayında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindn SİA-ya verilən məlumata görə, onlardan 6,1 mini təkərli oturacaq (o cümlədən 170-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
8
sia.az

9Mənbələr