ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtomobillərin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi nəqliyyat axınının nizamlı və ahəngdar olmasını təmin edən əsas amillərdən biri hesab olunur. Qanunvericiliyin tələblərinə əsasən, normal hərəkət zamanı sürücülər yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.
Avtosfer.az xəbər verir ki, yaşayış məntəqələrindən kənarda, eləcə də yaşayış məntəqələri daxilində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanı ilə işarələnmiş yollarda sağ zolaq boş olduğu halda sol zolaqlardan istifadə etmək qadağandır. Bu tələb həm hərəkətin ahəngdar şəkildə təşkilinə, həm də təhlükəsizliyin artırılmasına xidmət edir.
Mütəxəssislər bildirirlər ki, sürücü intizamı və qarşılıqlı ehtiram yol hərəkəti zamanı baş verə biləcək risklərin qarşısının alınmasında mühüm rol oynayır. Sürücülərə qaydalara riayət etmək və zolaq seçimində diqqətli olmaq tövsiyə edilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.