BAKI, 25 noyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında vəziyyət xeyli yaxşılaşıb”.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
“Ermənistanla Azərbaycan arasında baş verənləri görürük. Burada, deyəsən, Prezident Trampın vasitəçiliyi ilə vəziyyət xeyli yaxşılaşıb”, - Rutte bildirib.