AZ

MM-də kritik sual: ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Mediada xəbər yayılıb ki, ABŞ bizim Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Bu barədə ABŞ-dakı görüşdə danışıldımı?
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bu sualı Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev ABŞ səfərindən qayıdan həmkarı Səməd Seyidova ünvanlayıb. Səməd Seyidov cavabında bunları deyib: “Azərbaycan bu gün yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, öz enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Enerji nöqteyi-nəzərindən, xüsusilə konkret sahələrlə bağlı - məsələn, enerji tranziti, neft və qaz istehsalı, eləcə də Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə dair - biz çox dərin, mənalı və məhsuldar söhbətlər aparmışıq.

Bütün bu müzakirələr Azərbaycan və ABŞ-ın milli maraqları çərçivəsində həyata keçirilib. Qüdrət müəllim istəyərsə, bu mövzuları geniş və ətraflı şəkildə açıqlamaq üçün bizim böyük imkanlarımız var. Müzakirəmizi daha sonra davam etdirə bilərik”.

Seçilən
3
4
buta.tv

5Mənbələr