Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.