AZ

“İctimai birliklərin qeydiyyatı qanunvericilik aktları ilə tənzimlənməlidir”

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Əmiraslanov ictimai birliklərin və təşkilatların qeydiyyatı məsələsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o vurğulayıb ki, bu məsələ müvafiq qanunvericilik aktlarının predmeti olmalıdır və qeydiyyatla bağlı məsuliyyətin sənəddə əks olunmasının məqsədəuyğunluğunu hüquqşünaslarla birgə qiymətləndirmək mümkündür.

Deputat həmçinin ölkədə ictimai iştirakçılıq prosedurlarının mövcud olduğunu, bütün dövlət orqanlarında ictimai şuraların fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti və ictimai birliklər bu şuralar vasitəsilə dövlət orqanları ilə hər hansı məsələni müzakirə etmək imkanına malikdir.

Azər Əmiraslanov əlavə edib ki, qanun layihəsindəki digər redaktə və terminologiya məsələləri işçi qaydada müzakirə edilə bilər və növbəti oxunuşda həmkarlar bu barədə məlumatlandırılacaq.

Mehman Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
133
1
operativmm.az

2Mənbələr