AZ

Dubayda baş verən qəza Ermənistanın PLANLARINI POZDU

Dubayda hava şousunda pilot Namanş Sialın ölümünə səbəb olan qəzadan sonra Ermənistan 1,2 milyard dollara Hindistana məxsus 12 “Tejas” döyüş təyyarəsinin alınması ilə bağlı danışıqları dayandırıb.

Musavat.com Haqqin.az-a istinadən xəbər verir ki, qəzanın səbəbi hələlik məlum olmasa da, lakin təyyarənin reputasiyası artıq ciddi şəkildə zədələnib.

Məlumatda bildirilirm ki, minlərlə tamaşaçının gözü qarşısında baş verən Dubay Beynəlxalq Aviasiya Sərgisində Hindistana məxsus “Tejas” qırıcı təyyarəsinin qəzaya uğraması Hindistanın ixrac ambisiyalarına ciddi zərbə vurub və Nyu-Dehlinin qlobal silah bazarındakı mövqeyini xeyli zəiflətib.

Hindustan Aeronautics Limited” tərəfindən hazırlanmış 4,5 nəsil qırıcı HAL “Tejas” uzun müddətdir ki, büdcə hesabına hava qüvvələrini gücləndirmək istəyən ölkələr üçün sərfəli, texnoloji cəhətdən uyğunlaşa bilən döyüş təyyarəsi kimi yerləşdirilib.

Musavat.com

Seçilən
233
1
musavat.com

2Mənbələr