“X” sosial platformasında istifadəçilərin məkan məlumatları profillərində avtomatik görünür. Bu isə əvvəlcə müxtəlif narazılıqlara səbəb olub. Belə ki, insanların haradan yazdıqlarının məlum olması təhlükəsizlik və məxfilik pozuntusuna səbəb olub, izlənilmə riskini artırıb.
Artıq platforma istifadəçilərə bu məlumatı idarə etmək imkanı verir. Hesabınızın “Ölkə” göstəricisini gizlətmək və ya daha az spesifik etmək üçün aşağıdakı addımlar atılmalıdır. Bunun üçün ilk olaraq “X” tətbiqindəki hesaba daxil olmaq, “Parametrlər → Hesab məlumatları → Ölkə” seçimlərinə keçmək lazımdır. Burada ölkə seçimini dəyişdirə və ya məlumatın daha məhdud şəkildə göstərilməsinə icazə vermək olar.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”