Qadın voleybolçulardan ibarət komandalar arasında Yüksək Liqanın 4-cü turu davam edir.
Fanat.Az-ın məlumatına görə, bu gün daha bir oyun keçiriləcək.
"Murov Az Terminal" UNEC komandasını qəbul edəcək. Qarşılaşma 17:00-da başlayacaq.
Qeyd edək ki, turun dünən baş tutan oyununda "Milli Avisasiya Akademiyası" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.
Komandaların turnir cədvəlindəki mövqeyi: UNEC, DH Volley - hərəyə 5 xal, Gəncə, Azərreyl - 4, Murov Az Terminal, "Turan", "Milli Avisasiya Akademiyası" - 3, "Abşeron", "Gənclər" - 0.
Nihat