AZ

Toyları Madeyra adasında olacaq

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jornal da Madeira” nəşri yazıb.

Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək, sonra isə lüks hoteldə davam edəcək. 

Daha əvvəl Ronaldo britaniyalı jurnalist Pirs Morqanla söhbəti zamanı toy mərasiminin gələn ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq futbol üzrə Dünya Çempionatından sonra keçiriləcəyini söyləmişdi. 

Xatırladaq ki, Corcina bu ilin avqustun 11-də instaqram hesabında etdiyi paylaşımda Kriştianonun ona evlilik təklif etdiyini açıqlamışdı. 

Ronaldo Corcina ilə 9 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
3
qafqazinfo.az

4Mənbələr