Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə tarixinin ən geniş seysmik proqramını həyata keçirməyi planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı-2025" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, şirkət gələn ildən yetkin yataqlarda ehtiyatların daha dəqiq xəritələnməsi üçün SOCAR tarixində ən böyük seysmik tədqiqat proqramına start verəcək:
"Məhdud büdcə şəraitində ən böyük dəyər yaradan sahələri düzgün hədəfləməliyik. 2026-cı ildə həyata keçirəcəyimiz seysmik proqram SOCAR-ın tarixində ən genişmiqyaslı fəaliyyət olacaq və əsas məqsəd yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir".
O əlavə edib ki, seysmik işlərlə yanaşı, digər məlumat toplama prosesləri də "Baker Hughes", "Halliburton" və "Schlumberger" kimi beynəlxalq tərəfdaşlarla birgə aparılır:
"Qeyri-müəyyənliyin azaldılması üçün texnoloji əməkdaşlıq əsas amildir. Yalnız düzgün hədəfləri müəyyən etdikdən sonra yataqların tammiqyaslı canlandırılmasına investisiya yatırmaq mümkündür".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.