AZ

“Real Madrid”in qapıçısı Çempionlar Liqasının oyununu buraxacaq

Bakı, 25 noyabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Yunanıstan təmsilçisi “Olimpiakos”la keçiriləcək oyunu buraxacaq.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinələrdən sonra belçikalı qolkiperə mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o, Yunanıstana yollanmayacaq və həkimlərin nəzarəti altında olacaq.

Qeyd edək ki, noyabrın 26-dan 27-nə keçən gecə Georgios Karaiskakis stadionunda təşkil olunacaq “Olimpiakos” - “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Seçilən
99
6
azertag.az

7Mənbələr