AZ

Kriştiano Ronaldo gələn il Maderada evlənəcək

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo uzun müddətdir nişanlı olduğu Corcina Rodrigezlə nikah masası arxasına keçməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, cütlüyün toyu gələn il yay aylarında Ronaldonun doğma adası Maderada keçiriləcək.

Mərasim 2026-cı ildə Şimali Amerikada təşkil olunacaq dünya çempionatından sonra baş tutacaq.

Xatırladaq ki, mundial 11 iyun–19 iyul tarixlərində keçiriləcək.

Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”in heyətində çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Portuqaliyalı ulduz cari mövsümdə Səudiyyə Ərəbistanı Liqasının 9 oyununda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
64
90deqiqe.az

1Mənbələr