Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.
"Ölkə.az" xəbər verir ki, İtaliyada baş tutan qarşılaşma 64-cü dəqiqədə şiddətli yağış səbəbindən yarıda qalıb.
Hazırda qarşılaşmanın çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir. Matçın qaldığı yerdən davam etmə ehtimalı var.
Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.
"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.