AZ

Naxçıvanda xüsusi nümayəndəyə köməkçi təyin edilməsi xəbəri TƏKZİB EDİLDİ

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Naxçıvanda xüsusi nümayəndəyə köməkçi təyin edilməsi xəbəri təkzib edilib.

Metbuat.az Xpress.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi yanında köməkçi təyinatı ilə bağlı mətbuatda yayılan xəbər həqiqəti əks etdirmir. Belə ki, səlahiyyətli nümayəndəlik strukturunda “köməkçi” ştat vahidi mövcud deyil və bu vəzifəyə hər hansı təyinat ola bilməz.

Mətbuatda sabiq səlahiyyətli nümayəndənin köməkçisi qismində adı çəkilən Ramiz Məmmədov isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır və fəaliyyətini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
11
metbuat.az

10Mənbələr