Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki,hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Nurlan Musayev münaqişə zəminində, bacısı, 1990-cı il təvəllüdlü Minayə Nəbiyevanı bıçaqlayıb.
Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.
M.Nəbiyeva xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır.