AZ

''Yunion''un futbolçusu ''Qalatasaray''la oyun haqda nələr dedi? - ''Biz buna hazırıq''

''Qalatasaray'' Çempionlar Liqasında növbəti önəmli oyuna çıxmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, Türkiyə çempionu bu gün liqa mərhələsinin 5-ci turunda Belçika çempionu ''Yunion''u qəbul edəcək. ''Cim-Bom'' turnirə məğlubiyyətlə başladıqdan sonra ardıcıl 3 qələbə qazanaraq 9 xal toplayıb. Tarixində ilk dəfə ÇL-də iştirak edən ''Yunion'' isə əksinə ilk turda Eyndhovendə qalib gəldikdən sonra ardıcıl 3 məğlubiyyətə düçar olub.

Qonaqların əlcəzairli futbolçusu Adəm Zorqane oyunöncəsi mətbuat konfransında acıqlamalar verərək bunları deyib:
''Biz hər oyundan xal və ya xallarla ayrılmağa çalışırıq. Elə bu matçda da xal qazana bilərik. Stadionda əla atmosferin olacağını bilirik. Bura rəqib komandaların üzərində böyük bir təzyiqin olduğu gözəl bir stadiondu. ''Qalatasaray'' çılğın fanatlara sahib olsa da, biz buna hazırıq. Bilirik ki, top bizə keçən kimi tribunalardan uğultu səsləri yüksələcək. Amma əslində hər futbolçu bu cür atmosferdə oynamaq istəyər. Ötən tur səfərdə ''Atletiko'' ilə qarşılaşdıq və bizim üçün böyük təcrübə oldu. ÇL-də çalışmalısan ki, səhvləri minimuma endirəsən. Çünki rəqiblər səhvləri bağışlamır. Artıq təcrübəmiz var. Oyuna 200 faiz konsentrasiya ilə çıxacağıq. Öz oyunumuzu sərgiləməyə çalışacağıq. Böyük klublardan çəkinmirik''.
Seçilən
14
1
football-plus.az

2Mənbələr